Belarusdakı aksiyalarda iki nəfər ölüb

Məmmədzadə Zərintac 17/08/2020

Belarusun Səhiyyə naziri Vladimir Karanik söyləyib ki, ölkədə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında iki nəfər ölüb.

"XəbərBuro" xəbər verir ki, bu  bəyanatla o, nazirliyin binası önünə toplaşan həkimlərin qarşısında çıxış edib.

Karanikin dediklərinə görə, hazırda 158 nəfər xəstəxanalarda qalmaqdadır.

O,  83 nəfərin itkin düşməsi haqda da  məlumatı olmadığını vurğulayıb.