Belarus Baş Naziri Rusiya peyvəndindən vurduracaq

Leyla Aliyeva 03/09/2020

Belarusun Baş Naziri Roman Qolovçenko koronavirusa qarşı Rusiya istehsalı vaksininin sınaqlarında iştirak edəcək.

“XəbərBuro” “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiyanın Baş naziri Mixail Mişustin arasında aparılan danışıqlar zamanı məlum olub.

Görüşdə Lukaşenko Belarusun Rusiya istehsalı koronavirus peyvəndini tədarük edəcək ilk ölkə olacağını xatırladıb.

“Roman Aleksandroviç Qolovçenkonun bu gün peyvəndlənmək qərarına gəlməsindən məmnunam. Əminəm ki, hər şey yaxşı olacaq ”,- deyə Mişustin cavabında qeyd edib.