BDU-nun dosenti vəfat etdi
Leyla Aliyeva 15/07/2020

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Əliyeva Firuzə Kamil qızı dünyasını dəyişib.
"Xəbərburo" bu barədə ali təhsil müəssisəsinin sosial şəbəkə hesabında məlumat verdiyini qeyd edib
Bildirib ki, F.Əliyeva 63 yaşında dünyasını dəyişib.
F.Əliyeva 1974-1979-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb, 2003-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.