Bazar günündən sərt karantin başlayır
18/06/2020

Bu həftənin cümə və şənbə günləri ciddi karantin rejimi tətbiq olunmayacaq.
“Qafqazinfo”ya əsasən bu barədə məlumat Operativ Qərargahın brifinqində verilib.
Bildirilib ki, bunun əvəzində bazar günü - 21 iyun saat 00:00-dan başlayaraq iyul ayının 5-i saat 06:00-dək
Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq ediləcək.
Bu müddət ərzində vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər.