“Bayrağımızda qan yoxdur və olmayacaq” - Zelenski

Esed Abasli 07/03/2022

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara müraciət edib.

Videomüraciət Ukrayna Prezident Administrasiyası tərəfindən yayımlanıb.

“Bizim bayrağımızda qan yoxdur. Qara ləkələr, nasist işarələri yoxdur və olmayacaq. Ukrayna bayrağı dinc, bərəkətli, qızıl tanksız torpaqdır. Bu, dinc, aydın, mavi və raketsiz səmadır və belə də olacaq”, – Zelenski deyib.