Bayrağımız Zəngilan şəhər prokurorluğunun binasında dalğalanıb
21/10/2020

20 oktyabrda Zəngilan şəhərinin işğaldan azad olunduğu bildirildi.
"XəbərBuro" xəbər verir ki, tez prezident İlham Əliyev Zəngilanı işğaldan azad edən hərbçilərimizin videosunu “Twitter” hesabında paylaşdı.
Videoda bir dövlət binasının qarşısında Azərbaycan bayrağının dalğalandığı müşahidə edilir.
Obyekt hansı dövlət idarəsinin binasıdır?
Oxu.Az-ın əldə etdiyi məlumat əsasında, bu, Zəngilan şəhər prokurorluğunun binasıdır.