Baş Qərargah: "Xarkov yaxınlığında Rusiyanın 4 tankı məhv edilib"
Mükafat İsazadə 24/02/2022

Ukraynanın Xarkov şəhəri yaxınlığında Rusiya ordusunun 4 tankı məhv edilib.
"XəbərBüro" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən itki verir”, - məlumatda vurğulanıb.
Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 6 təyyarəsi, 2 helikopteri və onlarla zirehli texnikası məhv edilib.