Baş leytenantla vida mərasimi keçirilir

Məmmədzadə Zərintac 13/07/2020

Bu gecə düşmən təxribatı nəticəsində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun nəşi anadan olduğu Biləsuvar rayon Aşağı Cürəli kəndinə gətirilib.

“Xəbərburo" xəbər verir ki, vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edir.

1992-ci il təvəllüdlü şəhid Ali Hərbi Məktəbin məzunu olub və subay idi.

Qeyd edək ki, dünəndən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu,baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub, yaralılar var.