Baş infeksionistdən Zaur Baxşəliyevin tənqidlərinə CAVAB: “Onun haqqında yüksək fikirdə idim”

Esed Abasli 29/04/2020


“Bu sözlər onun səviyyəsinə yaraşmır. Təəssüf edirəm ki, belə ifadələr işlədib”.

"XƏBƏRBURO"  Oxu.Az-a istinadən bildirir ki, ölkədə koronavirus pandemiyası ilə bağlı kifayət qədər informasiyalar verilir və maarifləndirmə işləri aparılıb. “Müasir cəmiyyətdə reklam çəkilişləri hər zaman aparılıb. Sözügedən reklam çarxının özü də müəyyən mənada maarifləndirici xarakter daşıyır. Mən başa düşə bilmirəm, Zaur bəy nə üçün mənim haqqımda belə ifadələr işlədib. Mən onun verilişində də mütəxəssis kimi iştirak etmişəm.

Yəqin, o mənim televiziyalarda, mətbuat konfranslarında koronavirus pandemiyası ilə bağlı vətəndaşlara tövsiyələrimdən, qabaqlayıcı tədbirlərlə bağlı verdiyim məlumatlardan xəbərsizdir. Onun haqqında yüksək fikirdə idim. Bu sözləri onun səviyyəsinə yaraşdırmıram. Gərək deməzdi, amma deyib. Nə deyə bilərəm? Canı sağ olsun. Amma gərək belə sözlər söyləməzdi”.