Baş əsgər də dəfn olunub

Məmmədzadə Zərintac 13/07/2020

Keçən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan hərbi qulluqçu Məmmədov Elşad Dönməz oğlu da dəfn edilib.

“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, şəhid anadan olduğu Tovuzun Ağdam kəndində son mənzilə yola salınıb. 

Baş əsgər Elşad Məmmədov 1996-cı ildə dünyaya gəlmişdi, 3 aylıq övladı var.

Qeyd edək ki, Ermənistan tərəfinin ötən gündən başlayan təxribatı nəticəsində 4 nəfər - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.