"Barselona"nın təzə baş məşqçisi müəyyən olunub

Məmmədzadə Zərintac 18/08/2020

Niderland millisinin baş məşqçisi Ronald Kumanın İspaniya "Barselona"ya  keçəcəyi müəyyənləşib.

"XəbərBuro" xəbər verir ki,  bununla bağlı klubun prezidenti Jozep Bartomeu "Barsa TV"nin canlı efirində qonaq olan zaman söyləyib.

O deyib ki, Kike Setyenin istefaya göndərilməsindən sonra boşalan postu məhz Ronald Kuman tutacaq.

"Barselona"nın kapitanı Lionel Messinin gələcəyinə dair də söz açan  Bartomeu vurğulayıb ki, argentinalı hücumçu karyerasını Kataloniya klubunda bitirmək istəyir: "Tez-tez onun atası ilə əlaqə saxlayırıq. Messi bizim layihənin bir parçasıdır. Kuman yeni baş məşqçimiz olacaq. O, Messini komandanın aparıcı futbolçusu hesab edir".

Setyen UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.