"Barselona"nın sabiq futbolçusu karyerasını sona çatdırıb
Məmmədzadə Zərintac 26/06/2020
Portuqaliyanın “Sportinq” klubunda forma geyinən Jeremi Matye karyerasını sonlandırıb.
"Xəbərburo" xəbər verir ki, bu haqda Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 36 yaşlı müdafiəçinin karyerasını bitirdiyini bildirilib.
2017-ci ildən “Sportinq”də forma geyinən Matyenin müqaviləsi iyunun sonuna qədər idi. Fransız müdafiəçi sol dizindən ciddi zədə aldıqdan sonra kareyasını bitirməyə qərar verib.
Matye karyerası ərzində “Soşo”, “Tuluza”, “Valensiya” və “Barselona”da da çıxış edib. Müdafiəçi 5 dəfə də Fransa milli komandasının formasını geyinib.