“Barselona” prezidentindən komandasının nəticəsi barədə AÇIQLAMA

Esed Abasli 09/12/2021


“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun Çempionlar Liqasında mübarizəni dayandırmasına münasibət bildirib.

Qeyd edək ki, “Barselona” qrup mərhələsinin VI turunda Almaniyada “Bavariya”ya 0:3 hesabı ilə uduzub. Bununla da İspaniya təmsilçisi 20 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

“İndi hamımız avarları həmişə olduğundan daha çox bir istiqamətdə irəli çəkməliyik. Oyunçular mümkün olan və olmayan hər şeyi etdilər. Biz kədərliyik, buna rəğmən irəli baxmalı, işləməyi davam etdirməli və keçmişdəki idman uğurlarımızı və iqtisadi vəziyyətimizi geri qaytarmalıyıq” - deyə “Barselona”nın prezidenti bildirib.

Qeyd edək ki, E qrupunda 7 xalla üçüncü olan “Barselona” UEFA Avropa Liqasında mübarizəni davam etdirəcək.

Mənbə: “Mundo Deportivo”