"Barselona" da ciddi itki olub

Məmmədzadə Zərintac 12/07/2020

“Barselona” klubunda ciddi itki baş verib. 

"Xəbərburo" xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Antuan Qrizmann zədə alıb.

Bu haqda İspaniya mətbuatı məlumat yayıb. Fransız hücumçunun son durumu tibbi müayinədən sonra məlum olacaq.

Qrizmann zədə səbəbindən La Liqada qalan iki oyunu buraxa bilər.