Barak Obama tvitterdə nömrəsini yayıb

Məmmədzadə Zərintac 23/09/2020

ABŞ-ın keçmiş prezidenti Barak Obama Tvitter səhifəsində telefon nömrəsini paylaşaraq amerikalılardan qarşıdan gələn prezident seçkiləri haqda planları ilə bağlı ona SMS göndərmələrini istəyib.

“XəbərBuro" xəbər verir ki, Obama vətəndaşların işləri və düşüncələri haqda, bu il səsvermədə necə iştirak edəcəkləri barədə danışa biləcəklərini də əlavə edib:

“Yeni nəsə sınaqdan keçirək. Əgər ABŞ ərazisində yaşayırsınızsa, mənə 773-365-9687 telefon nömrəsinə ismarıc göndərin”.

Obama qeyd edib ki, vaxtaşırı əlaqədə olacaq və qarşıdakı sə\svermə ilə bağlı fikirlərini bölüşəcək.

ABŞ-da prezident sçekiləri noyabrın 3-də keçiriləcək. Növbəti müddətə prezident olmaq istəyən Donald Tramp bu seçkidə demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.