Banqladeşdə daşqınlar səbəbindən 217 nəfər ölüb

Məmmədzadə Zərintac 15/08/2020

Banqladeşdə 30 iyundan etibarən musson yağışları nəticəsində baş verən daşqınlar səbəbindən 217 nəfər həlak olub.

"XəbərBuro" xəbər verir ki,  850 min nəfər öz yerlərindən digər ərazilərə köçürülüb.

Su çirkləndiyi üçün 47 min insan müxtəlif viruslara yoluxub. İki milyona yaxın insana humanitar yardım və sığınacaq lazımdır.

 Avropa Birliyi Banqladeşə 1 milyon 940 min ABŞ dolları yardım ayrıldığını bildirib.

 BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisindən (OCHA) gələn açıqlamada Banqladeşdə 40 milyon dollarlıq  proqramın başladıldığı vurğulanıb.