"Bank of Georgia"da 20 nəfəri girov götürmüş şəxs təslim olub

Məmmədzadə Zərintac 21/10/2020

Gürcüstanın Zuqdidi şəhərində qumbara və avtomatla silahlanaraq "Bank of Georgia" da 20 nəfəri girov götürmüş  şəxs təslim olub.

"XəbərBuro" xəbər verir ki, silahlı şəxs hüquq-mühafizə orqanı əməkdaşları ilə dialoqdan sonra girovları sərbəst buraxıb və özü polisə təslim olub.

Bank işçiləri və müştərilər 7 saat girov saxlanılıblar.