
Bakının mərkəzində karantini pozan kafe aşkarlandı
06/08/2020

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polislər əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.
"Xəbərburo" bildirir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı kafedə 8 nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb.
Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların gər biri inzibati qaydada cərimə ediliblər. Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










