Bakının bu rayonunda su olmayacaq

Esed Abasli 09/12/2021

Bu gün Bakı şəhərinin Nizami rayonunda suyun verilişində məhdudiyyət olacaq.


Bu barədə "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-u saat 22:00-dan etibarən 10 dekabr 2021-ci il tarixdə səhər saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.