Bakının bir çox yollarında sıxlıq var

Məmmədzadə Zərintac 04/09/2020

Hazırda axşam pik saatı olduğuna görə bir çox küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

"XəbəBuro"  xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda, Ş.İ Xətai prospekti H.Əliyev prospekti istiqamətində ciddi sıxlıq müşahidə edilir. Sıxlıq səbəbindən  bildirilən istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr baş verib. H.Əliyev prospekti şəhər istiqaməti kənar yolda 15-dən artıq avtobus sıxlıqda qalıb.

Ziya Bünyadov prospektində də hər iki istiqamətdə sıxlıq var. Burada da həm müntəzəm, həm də ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər var.