Bakıdakı çimərliklərdə kvotanın çoxaldılması təhlil edilir

Məmmədzadə Zərintac 09/08/2020

Bakıda fəaliyyət göstərən çimərliklərdə kvotanın çoxaldılması təhlil edilir.

“XəbərBuro" xəbər verir ki, bununla bağlı  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov deyib.

O, söyləyib ki, icra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər. 

BŞİH rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib. Çimərliklərdəki vəziyyət təhlil olunub,  ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun  sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Çimərlik ərazisində xüsusi maarifləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl olunması vacib qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb. Tələb olunan qaydalara əməl edilməsi mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların nəzərinə çatdırılır.