Bakıda tibb bacısı qarət olundu

Svetlana Mirzəyeva 28/07/2020

Bakıda tibb bacısı qarət olunub. "XəbərBuro"-nun  məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında baş verib.

Naməlum şəxs orada işləyən tibb bacısına məxsus içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul qabını götürüb qaçıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Vəli Əlizadə saxlanılıb.