Bakıda sürücü avtomobili aşırdı

15/08/2020

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"XəbqrBuro" xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Əkbərova Mətanət Mail qızı idarə etdiyi "Hundai" markalı avtomobili aşırıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması, həmçinin çənə sümüyünün sınığı diaqnozları qoyulub və reanimasiyaya yerləşdirilib.