Bakıda silahlı şəxs ələ keçdi - FOTO

Zülfüqar Zulfuqarli 27/06/2020


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs - paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilərkən bir ədəd “Makarov” tipli tapança, bir ədəd daraq və dörd ədəd patron aşkar olunaraq götürülüb.