Bakıda sərt karantinlə bağlı mağazalarda izdiham yarandı

Fəxriyyə Qüdrətli 13/06/2020

Yenə marketlərdə insan sıxlığı, yenə də kassalar qarşısında uzun növbələr...

"Xəbərburo" xəbər verir ki, paytaxt sakinləri evdən çıxmaq qadağasına hazırlaşır. İlk növbədə ötən həftə olduğu kimi, yenə çörək və un məmulatları sakinlərin bazarlıq siyahısında ilk sıradadır. Market rəhbərliyi isə insanları təşvişə düşməməyə çağırır. Yetərincə ərzaq tədarükünün olduğu deyilir.