Bakıda qadın özünü metronun altına atdı
08/02/2022

Metronun Azadlıq stansiyasında qadın qatar yoluna düşüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə 21:54 olub. Belə ki, qatar stansiyaya daxil olanda, qadın stansiya yoluna düşüb.
Təlimata uyğun, dərhal gərginlik çıxarılıb. TTY çağlrılıb. Qadın stansiya yolundan çıxarılıb, sağdır.
Hazırda faktla bağlı araşdırma aparılır.