Bakıda qadın övladını öldürmək istəyən ərini bıçaqladı
26/07/2020

Bakıda bıçaqlanma hadisəsi baş verib.
"XəbərBuro"-nun məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
“Albalılıq” adlanan ərazidəki yaşayıs evlərindən birində 1975-ci il təvəllüdlü Hüseynov İlqar Yaşar oğlu sərxoş vəziyyətdə bıçaqla övladını öldürmək istəyib. Bu zaman onun həyat yoldaşı övladını xilas etmək üçün İ.Hüseynovu kürəyindən bıçaqlayıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3-saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.