Bakıda postda polis və hərbçini vuran taksi sürücüsü barəsində cinayət işi başlanıb

Esed Abasli 22/04/2020

Bakıda karantin postunda polis və hərbçini vuran taksi sürücü barəsində cinayət işi başlanıb.

XƏBƏRBURO APA-ya istinadən bildirirki, Hadisəni törədən sürücü barəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, zəruri-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub