Bakıda Polis maşınında uşaq dünyaya gəldi

Esed Abasli 07/06/2020

"Xəbərburo" un "Qafqazinfo" ya istinadən verdiyi məlumata görə, Bakıda 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili yardıma müraciət edilib. Eyni zamanda ailə üzvləri qadını xəstəxanaya çatdırmaq üçün polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru xidməti "BMW" markalı avtomobillə qadını xəstəxanaya aparıb. Lakin yolda təbii doğuş baş verib. DYP əməkdaşı qadını və yeni doğulmuş  körpəni xəstəxanaya çatdırıb. Bakı şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu faktı təsdiqləyib. O bildirib ki, son 2 gün ərzində bu tip hadisələrə çox rast gəlinir:

"Son 2 gündə əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və təcili şəkildə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpə sağ-salamat şəkildə tibbi heyətə təhvil verilib. Heç bir həyati təhlükə yoxdur.