Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
28/07/2020

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
"XəbərBuro"-nun məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Ağsu rayon sakini Teymur Zeynalov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə velosipedçi, 1981-ci il təvəllüdlü Rəşad Şəfiyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.