Bakıda minik avtomobili yandı

Fəxriyyə Qüdrətli 23/06/2020

Bakıda minik avtomobili yanıb.

"XəbərBuro"nun  FHN-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, “İran Khodro ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.