Bakıda marketdən oğurluq edənlər saxlanılıb

Svetlana Mirzəyeva 23/07/2020

Bakıda marketdən oğurluq edilib. "XəbərBuro"-nun "Open.az"-a istinadən verdiyi xəbərə görə, hadisə iyulun 20-də, saat 16 radələrində rayonun Binə qəsəbəsindəki "Rahat" marketdə baş verib. Marketdən 450 manat dəyərində iki ədəd viski oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Mövsüm Aslanov və 22 yaşlı Kənan Zahirbəyov saxlanılıb.