Bakıda mağazadan oğurluq edən şəxs tutuldu
18/06/2020

Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Xəbərburo" "sonxeber.az"-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki mağazaların birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə iyunun 17-də saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.