Bakıda mağazadan oğurluq edən şəxs saxlanıldı

Svetlana Mirzəyeva 03/09/2020

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da rayon ərazisindəki mağazaların birindən 4 200 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əzizov saxlanılıb.