Bakıda keçirilən aksiya ilə bağlı məlumat-DİN

Esed Abasli 11/12/2021

Daxili İşlər Nazirliyi bu gün Bakının mərkəzində keçirilmiş aksiya ilə bağlı məlumat yayıb.

“XəbərBüro”nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.