Bakıda intihara cəhdin qarşısı alındı

Svetlana Mirzəyeva 18/07/2020

Bakıda intihar cəhdinin qarşısı alınıb.

"XəbərBuro" "sonxeber.az"-a istinadən xəbər verir ki, bu barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.