Bakıda iki azyaşlı qızı maşın vurub.

Leyla Aliyeva 12/07/2020

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA ya istinadən "Xəbərburo" xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan doqquz yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və səkkiz yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub. 

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyadadırlar.