Bakıda gecə reydi keçirildi

Röya Vahabova 28/07/2020

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

"Xəbərburo" bildirir ki, Bakı şəhər Baş Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, yaşayış yerini icazəsiz tərk edən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur. 

Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.