Bakıda fəhlə uçqun altında qalaraq öldü

Leyla Aliyeva 29/07/2020

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

"XəbərBuro" xəbər verir ki, FHN-dən verilən məlumata görə, dərhal çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb.

Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin meyiti çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.