Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas etdi

Esed Abasli 06/06/2020

Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib. 

"XəbərBuro" Oxu.Az'a istinadən xəbər verir ki,bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində arvadının qəfil vəziyyətinin pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, onlardan kömək istəyib.