Bakıda evdə yanğın - İki nəfər xəsarət aldı.

Aynur 03/09/2021

Bakı şəhərinin Sabunçu rayonunda birmərtəbəli evdə yanğın olub.


“XəbərBüro” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


Bildirilib ki, ümumi sahəsi 45 kvadrat metr olan birmərtəbəli evdə kağız və parça tullantıları 1 kvadrat metr sahədə, evin çöl divarına quraşdırılan bir ədəd elektrik sayğacı qismən və hasara quraşdırılan bir ədəd qaz sayğacı yanıb.


Yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.