Bakıda daha bir məktəb bağlandı

Esed Abasli 15/03/2021

Koronavirus səbəbindən bağlanan məktəblərin sayı artır.

"XəbərBüro" xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Xətai rayonunda 98 nömrəli tam orta məktəbdə müəllim və şagirdlər arasında koronavirusa yoluxma aşkarlandığı üçün tədris müəssisəsi bağlanıb. 

Qeyd edək ki, bu gün Xətai rayonunda 27 nömrəli tam orta məktəbin, eləcə də Qax rayonunda 2, 4 və 5 saylı orta məktəblərin koronavirus səbəbindən bağlandığına dair məlumat yayılıb.