Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Leyla Aliyeva 29/07/2020

Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib.

"Xəbərburo" Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Yanğın saat 20:25-də söndürülüb.