Bakıda avtomobillər toqquşub, ölən var

Esed Abasli 16/12/2021

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 15-də saat 23 radələrində Binəqədi rayonu Novxanı yolunda K.Verdiyevin idarə etdiyi “Opel” və Əbülfət Mövsümovun idarə etdiyi “Audi” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Mövsümov hadisə yerində ölüb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.