Bakıda avtobusda tüstülənmə,sərnişinlər təxliyə olunub
Esed Abasli 11/02/2022

65 nömrəli marşrutda hərəkət edən avtobusunda tüstülənmə olub. Bakı Nəqliyyat Agentliyindən
APA-ya bildirilib ki, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, "Faiqoğlu MMC"-ə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub.
Sürücüsü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb. Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.