Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir

Esed Abasli 27/11/2020

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb. ''XəbərBuro'' xəbər verir ki,Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib. Bildirilib ki, yenidənqurmadan sonra körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri nəzərdən keçirilib. Yaxın zamanda Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır. Tam olaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətə başlaması ilə bağlı tarix barədə əlavə məlumat veriləcək.