Bakı üzrə iyulun pensiyaları ödənilib

Məmmədzadə Zərintac 10/07/2020

İyul ayı üzrə pensiyaların ödənişinə başlanılıb. "Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən olan məlumata görə, artıq Bakı  üzrə bu ayın pensiyaları ödənilib.

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb.

Ayın 15-16-dək ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənilməsi nəzərdə tutulub.

İyul ayında da pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişinin vaxtından tez həyata keçirilməsi təmin ediləcək.