Bakı ilə bağlı önəmli gün Şuşada belə qeyd olundu.

Aynur 15/09/2021

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü Şuşada da qeyd olunub.

“XəbərBüro” xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz tvitter hesabında məlumat verib.

Şuşada bu gün münasibətilə keçirilən hərbi yürüşdən görüntüləri paylaşan M. Abbasov qeyd edib: “Qürurlu anlar. Milli Ordumuzun qanı bahasına işğaldan azad olunmuş Şuşada 15 sentyabr, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd olunub. Ordumuzla fəxr edirik”.