Azyaşlı qızı ərə vermək istəyiblər

Məmmədzadə Zərintac 19/08/2020

Azərbaycanda 14 yaşlı qızı ərə vermək istəyiblər.

"XəbərBuro"  xəbər verir ki, bununla bağlı  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  paylaşıb.

O qeyd edib ki, səhər tezdən edilmiş zənglə rayonların birində 14 yaşlı qızın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılacağı haqda bilgi alıb:

"Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb, hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib".