
AZƏRSU yeni reydlər keçirib
19/08/2020

Prezident İlham Əliyevin içməli su sektorunda israfçılıq və su itkilərinin qarşısının alınması barədə tapşırıqlarının icrası məqsədilə “Azərsu” ASC nəzarət-yoxlama tədbirlərini davam etdirir.
"XəbərBuro" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qruplar gücləndirilmiş iş rejimində çalışaraq gün ərzində və gecə saatlarında reydlər keçirir.
"Abşeron yarımadasındakı sukanal idarələrinin xidməti ərazilərində, eyni zamanda regionlarda aparılan nəzarət tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən magistral su kəmərlərinə, paylayıcı şəbəkələrə, yanğın hidrantlarına qanunsuz müdaxilə faktları aşkarlanıb. Son bir həftə ərzində istixana, marketlər şəbəkəsi, mənzil-tikinti koopertaivləri, quşçuluq müəssisəsi, gözəllik salonları, ət kəsimi və avtoyuma məntəqələrində sudan uçotsuz istifadə və sayğacdankənar su xətlərinin çəkilməsi halları müəyyən edilib.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
